Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    DSC_8920Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması sahələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
    Hazırda respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi prioritet vəzifələrdən hesab olunur.
    Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatında strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi sərəncamlar əməkçilərdə marağın artmasına səbəb olmuşdur. Bu sahənin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olur.
    Respublikamızda pambıqçılığın qədim ənənələri vardır. Uzun illər Azərbaycan yer kürəsinin pambıqçılıq ölkələrindən biri kimi tarixə düşmüşdür. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ildə pambıq tədarükü bir neçə dəfə artmışdır. Belə ki, həmin il respublikamızda 282,7 min hektar sahədə pambıq əkilmiş, hər hektardan məhsuldarlıq orta hesabla 35,9 sentner olmuşdur. Bu rəqəm köhnə SSRİ məkanında hər hektardan alınan məhsula görə ən yüksək göstərici idi. Həmin illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin etmişdir.
    Müasir şəraitdə xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada pambıqdan alınan məhsullardan istifadə edilməsin. Bu bitkidən 200-dən çox məmulat alınır. Bir ton pambıq 3500 kvadratmetr parça, 112 kq yağ, 10 kq sabun, 270 kq jmıx, 170 kq çiyid qabığı və onlarca müxtəlif sahələrdə istifadə olunan əlavə xammal deməkdir. Bu baxımdan pambıq strateji əhəmiyyətə malik bir bitkidir.
    Hazırda Ölkəmizdə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Ulu Öndər Heydər Əliyevin dövründə olduğu kimi, pambıqçılıq geniş vüsət alıb. İndi artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanların güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması deməkdir. Pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
    2017-ci ildə rayonda 3068 hektar sahədə çiyid əkini üçün şum, qış aratı və digər aqrotexniki tədbirlər görül-müşdür. Hazırda sahələrdə çiyid səpininə başlanmış və bu günədək 2721,5 hektar sahədə səpin aparılmışdır. Hazırda səpin davam etdirilir. Çiyid səpini Qaynaq, Qazyan, İsmayılbəyli, Qarağacı kəndlərində aparılıb. Bu məqsədlə respublikamızın toxumçuluq təsərrüfatında hasil olan toxumlardan istifadə edilir. Elə buna görə də Prezident İlham Əliyev deyib ki, “toxumdan tutmuş hazır məhsuladək Azərbaycanda istehsal olunmalıdır”. Toxumçuluqla məşğul olan tə-sərrüfatlar istehsal etdikləri toxumlara görə onlara əlavə olaraq subsidiyalar verilir. Səpinin keyfiyyətlə və qısa müddətdə başa çatdırılması məqsədilə Tərtər Rayon İcra Hakimiyyətində müşavirə keçirilmiş, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Pambıq səpini aparılacaq sahələrdə ortaya çıxacaq çətinliklərin operativ olaraq aradan qaldırılması məqsədilə həmin kəndlərə məsul şəxslər təhkim edilmişlər. Bu sahəyə dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, fermerlər əzmlə çalışırlar. Belə ki, pambığın alış qiymətinin artırılması, tədarük edilən hər ton xam pambıq üçün əlavə olaraq 100 manat subsidiyanın verilməsi rayonda mövcud olan və fəaliyyəti zəif olan müəssisələrin işə salınmasına səbəb olmuşdur. Ümidvarıq ki, bu il əkin sahələrinin artırılması əlavə iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı respublikamıza, o cümlədən rayonumuza daxil olan valyutanın həcminin artırılması ilə yanaşı, əhalinin güzəranının yaxşılaşdırılmasına səbəb olacaqdır.
    2016-cı ildə pambıqçılıq sahəsində 111 nəfər daimi, 1506 nəfər isə mövsümi işlə təmin edilmişdir. Bu il isə pambıq əkini üçün sahələrin həcminin 3 dəfə artırılması əvvəlki illərə nisbətən iş yerlərinin çoxalmasına zəmin yaradacaqdır.

    Natiq Musayev,
    Tərtər RİHB Aparatında
    Baş məsləhətçi, aqronom

    Müəllif: Redaktor, 14:27

    Teqlər:

İsmarıclar bağlıdır.