Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May

    Изображение 315Изображение 074Bu günlərdə redaksiyamızın qeyriadi, çox dəyərli qonaqları oldu. Sinələri orden və medallarla dolu, qəlblərində vətən sevgisi, şəhid nisgili, əlillik ağrıacısı olan bu insanlar Qarabağ müharibəsi veteranları idi. Onlar “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə “Vətən naminə” medalını təqdim etmək üçün gəlmişdilər.
    Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon Şöbəsinin sədri Suliddin Yusibov bildirdi ki, Birliyin İdarə Heyətinin təsis etdiyi bu medala Vətənə layiqincə xidmət edən, düşmənə qarşı mübarizədə fəallıq göstərən insanlar layiq görülürlər. Biz qazilər bu mübarizəni əlimizdə silah aparmışıq. Tofiq Yusif isə öz qələmi ilə döyüşüb. Bunların hər ikisi Xalqa, Vətənə xidmətdir. Tofiq müəllimin müəllifi olduğu kitablar ona görə çox dəyərlidir ki, o, Qarabağ müharibəsinin tarixindən, şəhidlərdən, onların ailələrindən, müharibə əlillərindən, veteranlardan yazmaqla, gənclərimizin vətənpərvərlik tərbiyəsinə güclü təsir göstərir. Tofiq Yusif uzun illərdir ki, bu şərəfli missiyanı davam etdirir.
    Tofiq Yusif çıxış edərək, “Vətən naminə” medalı ilə təltif olunmasını böyük şərəf saydığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə layiq görüldüyü “Tərəqqi” medalı və digər mükafatlar kimi bu medal da onun yaradıcılığına verilən yüksək qiymət olduğunu söylədi. Buna görə o, birliyin rəhbərliyinə, rayon şöbəsinə, bütün veteranlara öz dərin təşəkkürünü bildirdi.
    Tədbirin sonunda redaksiyada xatirə şəkli çəkildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.