Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    Изображение 061Ölkəmizdə bütün prioritet sahələr, həmçinin sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial-iqtisadi islahatların düzgün istiqamətdə aparılması üçün bütün imkanlardan lazımınca istifadə olunur. Belə ki, inflyasiya azalmış, əhalinin gəlirləri artmış, aztəminatlı əhalinin problemləri daim həll olunmaqdadır. Makroiqtisadi sabitlik qorunub saxlanılır, regionların inkişafı sürətləndirilir. Xalqımızın həyat şəraiti gündən-günə yaxşılaşır.
    Rayonumuzda da sosial-iqtisadi sahədə uğurlu işlər aparılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq tikinti-quraşdırma işləri layiqincə davam etdirilir. Əhalinin içməli su, elektrik enerjisi, təbii qaz təminatı yaxşılaşdırılıb, müasir tələblər səviyyəsində fasiləsiz təminatı təşkil olunub, sosial müdafiə sahəsində və işsizlərin məşğulluğunun təmin edilməsində məqsədyönlü işlər görülüb. Rayonumuzda 9942 nəfər pensiyaçının 8899 nəfərini işləməyən, 1043 nəfərini işləyən vətəndaşlar təşkil edir. Rayon üzrə 3749 nəfər sosial müavinət, 782 nəfər Prezident təqaüdü alır, 41 nəfər kimsəsiz tənha qocaya xidmət göstərilir.
    Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur. Cari ildə Qarabağ əlilləri və şəhid ailələri üçün 5 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Rayonda məskunlaşmış məcburi köç-künlərin sosial-mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə 1176 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin ti-kintisinə başlanılıb və bu işlər sürətlə davam etdirilir. 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evlərinin tikintisi aparılır.
    Əhalinin məşğulluğunun təmin edilməsi də daim diqqətdə saxlanılır. Rayon məşğulluq mərkəzinə müraciət etmiş 583 nəfər vətəndaşın 215 nəfəri peşə və ixtisasına uyğun işlə, 18 nəfər isə biznes sahəsində məşğulluqla təmin ediliblər. 100 nəfər Tərtər sakini rayondakı çoxmənzilli yaşayış binalarının təmiri işlərinə cəlb olunub ki, onların da hər birinin aylıq əmək haqqı 200 manatdır.
    Rayon əhalisi bu gün bu uğurlarla kifayətlənməyərək Azərbaycanda neftdən asılı olmayan dayanıqlı inkişaf modelinə kömək etməyə çalışır. Ötən ildəki qlobal böhranın mənfi təsirlərinin azaldılması məqsədilə qəbul olunmuş fərman və sərəncamların həyata ke-çirilməsi üçün qüvvələr səfərbərliyə alınır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:34

    Teqlər:

İsmarıclar bağlıdır.