Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    IMG_20170503_105826Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır” mövzusunda tədbir keçirib. Rayonun aidiyyəti idarə və təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə və hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələyə qədəm qoyması üçün hazırlanıb həyata keçirilən milli ideologiyadan, inkişaf strategiyasından danışıb. Kənd Təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, həmin idarənin sektor müdiri Bayram Əliyev, baytarlıq idarəsinin müdir əvəzi Elmar Xəlilov, Bölgə Təcrübə Sahəsinin baş aqronomu Firdovsi Hüseynov, bitki mühafizə stansiyanın rəisi Fizuli Əzimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinə düzgün və dəyərli qiymətin verilməsi, ölkədə bitkiçiliyin, heyvandarlığın, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahələrinin gəlirli sahəyə çevrilməsi üçün həyata keçirdiyi işlərdən danışdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:23

    Teqlər:

İsmarıclar bağlıdır.