Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    İSLAM DÜNYASININ TƏƏSSÜBKEŞİ

    HEYDERAzərbaycanın son onillikdə bir çox sahələrdə qazandığı uğurlar dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndər ölkədə bir çox sahələrdə olduğu kimi dini sahədə də problemləri ortadan qaldırdı.
    Dövlətdin münasibətləri yeni mərhələyə qədəm qoydu. 70 illik bir zaman ərzində öz dinindən, adət-ənənəsindən ayrı düşmüş xalq bir boşluq içərisində idi. Belə şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yaratmağa nail oldu.
    Ulu Öndər məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Uzaqgörən siyasətin nəticəsində dövlətdin münasibətlərində yaranmış uçurum aradan qaldırıldı, dinin birləşdirici gücündən maksimum istifadə edildi.
    Ulu Öndər göstərdi ki, İslam həqiqətən də sülh, mehribanlıq və bərabərlik dinidir.
    Sovet dövründə ölkədə məscid statuslu tikililərin sayı 17 idisə, bu gün ölkədə məscidlərin sayı artıq 2000-dən çoxdur.
    1993-cü ildə Heydər Əliyevin “Allahın yolunda hamımız bir olaq” adlı kitabı bir neçə dildə nəşr olundu. 1994-cü ilin iyul ayında Ulu Öndər müqəddəs Məkkə və Mədinədə ümrə ziyarətində oldu. Səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. “Bizim dinimiz mütərəqqi dindir” deyən Heydər Əliyev İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edirdi.
    Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də dini sahəyə, dindarlara daim diqqət və qayğı göstərir, həmçinin İslam dövlətləri ilə yaxın dost münasibətləri qurur.
    Bu gün Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur.
    Dövlət başçısı müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət ediblər. Bütün bunlar bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna və dini icmaya qayğısının təzahürüdür.
    Prezident İlham Əliyev son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam Həmrəliyinin gücləndirilməsi sahəsində 50-dən artıq İslam dövlətləri başçıları sırasında həmişə xüsusi fəallığı ilə seçilir, əsl İslam təəssübkeşliyi nümayiş etdirir.
    Paytaxtımız Bakı şəhərində mədəniyyətlərarası, dinlərarası dialoq üzrə bir sıra vacib tədbirlər keçirilib və keçirilməkdə davam edir.
    Doğma Bakımızın 57 müsəlman ölkəsini birləşdirəcək IV İslam Həmrəliyi Oyunlarına ev sahibliyi etməsi də təsadüfi deyil.
    Beləliklə, Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər görüb.
    Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm tövhə verir, müvafiq irimiqyaslı tədbirlər keçirir.

    Səlimə Yusibova,
    Heydər Əliyev Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 12:24

    Teqlər:

İsmarıclar bağlıdır.