Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    BARAMAÇILIQ UĞURLA İNKİŞAF ETDİRİLİR

    539-barama-toxumlari-tut-tnglr-v-findiq-phrlr-mhsul-stehsalilarina-vz-dnlmdn-paylanilacaqDövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlərdən sonra baramaçılıq sahəsinin də inkişaf edərək əvvəlki şöhrətinə çatacağı gözlənilir.
    Baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir. Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ eramızdan əvvəl məlum olub. İpəkçilik qədim zamanlardan Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, həmçinin digər ərazilərdə inkişaf edib. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən bol günəş işığı, ta-rixi əmək vərdişləri, çəkil və tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri əsasən Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovet dönəmində ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatlarına göndərilirdi. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu. Respublikamızda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfər çalışan və hər il orta hesabla 4,3-5 min ton məhsul istehsal olunan baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğramışdı.
    Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən, bu sırada baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini qeyd edib. O bildirib ki, iqtisadi baxımdan gəlirli sahə olan, minlərlə insanın iş yerinə çevriləcək baramaçılıq sektoru inkişaf etməlidir.
    Sovetlər birliyi dövründə bir sıra rayonlarda, o cümlədən Tərtər rayonunda da baramaçılıq çox uğurla inkişaf edib, bol məhsul əldə olunub və insanlar yaxşı pul qazanıblar.
    Ötən ildən baramaçılığın inkişaf etdirilməsinə başlanılıb. 2016-cı ildə istehsalçılardan hər kiloqram barama tədarük məntəqələri tərəfindən 8 manata alınıb. Bu il isə dövlət büdcəsi vəsaiti hesabına verilən subsidiya ilə birlikdə 9 manata alınması nəzərdə tutulub.
    Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərdən sonra Tərtər rayonunda da torpaq mülkiyyətçiləri və əvvəllər baramaçılıqla məşğul olan şəxslərin iştirakı ilə ümumrayon toplantısı keçirilib. Rayonumuzda bu cür gəlirli sahənin inkişaf etməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsinə başlanılıb. Bu məqsədlə kəndlərdə baramaçılıqla məşğul olmaq istəyən insanlarla müqavilələr bağlanıb. Onlara ümumilikdə 120 qutu ipəkqurdu toxumu paylanıb və kağızla təmin ediliblər. Bu il istehsalçılara paylanmış ipəkqurdundan 6 ton barama istehsal ediləcəyi proqnozlaşdırılır. İpəkqurdunun normal bəslənilərək yüksək məhsul əldə edilməsi məqsədilə bu sahəyə mütəxəssislər cəlb olunub. Mütəxəssislər rayonun bütün kümçüləri ilə görüşərək onlara ipəkqurdunun əhəmiyyəti, saxlanılması, qarşıya çıxacaq çətinliklərlə bağlı müvafiq tövsiyələr verirlər. Bu sahəyə rayonun İsmayılbəyli, Qarağacı, Seydimli, Sarov, Mamırlı kəndlərində daha çox maraq göstərilir. Çin dövlətindən alınmış 30 min çəkil tingi istehsalçılara pulsuz paylanıb ki, hazırda həmin tinglər becərilir. Bu isə baramaçılığın inkişafında əsas amildir.

    Natiq Musayev,
    Tərtər RİHB Aparatında
    baş məsləhətçisi, aqronom

    Müəllif: Redaktor, 14:21

    Teqlər:

İsmarıclar bağlıdır.