Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    IMG_0435 (Копировать)Изображение 214Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlillərlə yanaşı yeniyetmələr və gənclər də iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq sözü ictimai birliyin sədri Mətanət Əsgərqızına vermişdir.
    O, çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi aprel döyüşlərində həlak olan şəhidlərin ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, torpağa, dövlətə bağlılıq hisslərini artırmaq üçün əsgər və şəhid ailələri ilə görüşlərin təşkilidir. Bununla biz vətəndaşlarımız arasında Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və veteranlara dövlət qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq.
    Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon təşkilatının sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri və Əlilləri İctimai Birliyi rayon təşkilatının sədri Suliddin Yusibov, aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, rayon təhsil şöbəsinin işçisi Nigar Məstalızadə və rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova çıxış edərək layihənin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində rolunu diqqətə çatdırmışlar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:26

    Teqlər:

İsmarıclar bağlıdır.