Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    Изображение 057Изображение 187BMT Uşaq Fondu və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmiləri “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsi çərçivəsində Tərtər rayonuna səfər edib. Görüşdə BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, fondun əməkdaşı və “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib.
    Səfərin məqsədi “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsi çərçivəsində formalaşdırılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları və onların fəaliyyəti ilə tanış olmaq, icra hakimiyyətləri ilə Şuralar arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsi idi. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və icra hakimiyyəti aparatının digər rəsmi şəxsləri, Yeniyetmə və Gənclərdən ibarət Məşvərət Şuralarının üzvləri iştirak etdilər.
    Görüş çərçivəsində Məşvərət Şuraları ilə İcra hakimiyyətləri arasında UNICEF və BAMF rəsmilərinin də iştirakı ilə gələcək fəaliyyətlərlə bağlı müzakirələr aparıldı. Müzakirələr çərçivəsində rayonun cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrindəki məktəblərdə “Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə” mövzusunda təlimin keçirilməsi, İcra hakimiyyəti ilə birlikdə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə olundu.
    Keçirilmiş görüşlərdə cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışılıb, o cümlədən Azərbaycan hökumətinin son zamanlar bu sahədə apardığı irimiqyaslı işlərin vacibliyi vurğulanıb.
    Səfər çərçivəsində UNICEF rəsmiləri Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün salınan yeni yaşayış məntəqəsində gedən tikinti işləri ilə də tanış oldular.
    Görüş zamanı BAMF və UNICEF-in birgə hazırladığı videoçarx nümayiş etdirilib və bu, iştirakçıların böyük marağına səbəb olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:31

    Teqlər:

İsmarıclar bağlıdır.