Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    Hörmətli cənab Məmmədov!
    Çərşənbə günü Tərtər rayonuna səfər zamanı görüşün keçirilməsi və Qapanlı məktəbinə səfərin təşkil olunması ilə bağlı sizə oz minnətdarlığımı bildirmək istərdim. Regionda əsaslı iqtisadi inkişafı görmək məni çox sevindirdi. Ən çox məmnunluq duyduğum məqam isə gənclərə öz gələcəklərini daha yaxşı qurmaları üçün, xüsusilə kənd təsərrüfatı sektorunda çoxlu sayda imkanlar təklif etməklə, onları gələcək inkişafın mühüm bir hissəsinə çevirməyə çalışmağınızdır.
    Gənclərə Dəstək Proqramının daim təbliğ olunmasında sizə etibar edə biləcəyimə əminəm. Nəzərinizə çatdırmaq istərdim ki, rayonun inkişafı prosesinə gənclərin cəlb olunması və onların rolunun artırılması üçün öz təcrübə və biliklərimizi sizin komandanızla bölüşməyə hazırıq.
    Hal-hazırda bütün yeniyetmələri və gəncləri, xüsusilə də, aztəminatlı ailələrin övladlarını müntəzəm dialoqda iştiraka cəlb etməyiniz və onlara zəruri bilik və bacarıqlara yiyələnmək imkanı yaratmağınız yalnız indi deyil, həm də gələcək illərdə rayonun əldə etdiyi uğurlarda onların konstruktiv rol oynamasına zəmin yaradır.
    Əməkdaşlığımızın davamlı və səmərəli olacağına ümid edirəm.

    Hörmətlə,
    BMT Uşaq Fondunun

    Azərbaycan Respublikasındakı

    Nümayəndəliyinin rəhbəri

    Edvard Karvardin

    Müəllif: Redaktor, 14:37

    Teqlər:

İsmarıclar bağlıdır.