Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Изображение 056Изображение 058Polis əməkdaşlarının narkomaniya, erkən nikahlar və dini radikalizmlə bağlı budəfəki görüşü Qazyan kənd tam orta məktəbində keçirildi. Tədbirə Hüsənli kənd tam orta, Qazyan və Qaynaq kənd ümumi orta məktəblərinin şagird və müəllim kollektivləri dəvət olunmuşdurlar.
    Görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin nümayəndəsi Elvin Umudov açdı və tədbirin mahiyyəti barədə məlumat verdi. Sonra Tərtər Rayon Polis Şöbəsi rəisinin müavini Əfqan Qurbanov mövzu ilə bağlı ətraflı məruzə etdi.
    Rayon mərkəzi xəstəxanasının narkoloq həkimi Rima Axundova, Tərtər Regional Peşə Təlimi Mərkəzinin direktoru, BAMF-ın koordinatoru Günel Abbasova, “Cümə” Məscidinin axundu, dini icmanın sədri Sadiq Cəfərov, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev və rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstalızadə çıxış edərək fikirlərini söylədilər.
    Sonda Qaynaq kənd ümumi orta məktəbinin şagirdləri narkomanlara aid çəkdikləri rəsmləri nümayiş etdirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:31

    Teqlər:

İsmarıclar bağlıdır.