Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    c08f321055e4bfeb38ce874783d67703Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təçkilatçılığı ilə Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.
    Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq 28 May Respublika Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində dövlət quruculuğu, qanun-çuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin uzun tari-xi müddətdən sonra bərpasından danışıb.
    “Dəyirmi masa”da rayon Təhsil şöbəsinin əməkdaşı İntiqam Nuruyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, ali məktəblərin bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarından Cümşüd Qurbanov, Tural Yunisli, Fəridə Arazzadə və şəhər 6 saylı məktəbin müəllimi Çimnaz Əliyeva çıxış edərək Respublika Gününün tarixindən və onun Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağından danışdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.