Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    782f9f2e9a801e0784af495412de2ac3Изображение 040Qarağacı Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar
    görüş-qəbulu təmas xəttində yerləşən Qarağacı kəndində keçirilib.
    Tədbirdə əvvəlcə Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Qurban Əliyev, Duman Əsədov, Əlövsət Əliyev, Mobil Quliyev, Sabir Qədirov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirib, pay torpaqlarının və örüş sahələrinin məcburi köçkünlər tərəfindən zəbt olunması, əkin sahələrinin suvarılması üçün yeni subartezan quyularının qazılması, Qarağacı kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyac olması ilə bağlı müraciət etdilər.
    Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışdı.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    Zolgörən. Görüş-qəbulu icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Sonra Sarıcıalı kənd İƏD üzrə nümayəndə Ədalət Abbasov ərazi haqqında məlumat verdi. Bildirdi ki, nümayəndəlik Sarıcalı və Zolgörən kəndlərini əhatə edir. Son illərdə ərazidə xeyli quruculuq-abadlıq işləri görülüb. Belə ki, Tərtər çayı üzərində Sarıcalı və Zolgörən kəndlərini birləşdirən 105 metr uzunluğunda müasir körpü tikilib. Sarıcalı kəndində 2 ədəd subartezian quyusu qazılıb, kənddən keçən magistral yolun kənarında yeni dayanacq quraşdırılıb. Həmçinin yol kənarlarında 1200 ədəd şam ağacı əkilib.
    Görüş-qəbulda çıxış edən Zolgörən kənd sakinləri Mayıl Məhərrəmov, Ayaz Abdullayev, Zümrüd Abbasova, Sarıcalı kənd sakinləri Firdovsi Hüseynov, Hüseyin Cəbrayılov və Aynur Babayeva çıxışlarında Zolgörən ümumi orta məktəb binasının və kənddəki fedlşermama məntəqəsinin binalarının yararsız olmasından, Zolgörən kəndində uşaq bağçası-körpələr evi üçün yeni binanın tikintisinin vacibliyindən, elektrik dirəklərinin dəyişdirilməsi məsələlərindən danışdılar.
    Görüş-qəbulda edilən müraciətlərin bir çoxu yerində öz həllini tapdı, qalan məsələlər nəzarətə götürüldü.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:44

    Teqlər:

İsmarıclar bağlıdır.