Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    DSC_0570DSC_0645Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilməsi ilə əlaqədar rayona gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster ilə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, taxıl zəmilərinə, ümumilikdə əkin sahələrinə, mal-qaraya, o cümlədən əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan vurması, dinc sakinlər arasında xəsarət alma və hətta ölüm hallarına səbəb olması barədə ətraflı məlumat verib.
    Xüsusi olaraq qeyd etdi ki, rayonun Hüsənli, Qazyan, Qapanlı, Yuxarı Qaradağlı, Həsənqaya, Şıxarx, Çaylı və Borsunlu kəndlərində atəşkəsin daim pozulması nəticəsində kənd əhalisi təsərrüfat işlərini apara bilmir. Qapanlı kəndində taxıl zəmilərində biçinin aparılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin köməyi ilə həyata keçirilib. Eyni zamanda, Sərsəng və Madagiz su anbarları işğal altında olduğundan, yaz və yay aylarında Tərtər çayına bilərəkdən suyun verilməməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli aşağı düşüb, yüzlərlə hektar əkin sahəsi susuzluqdan yanaraq məhv olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.