Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    DSC_4250Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.
    Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Aqrolizinq” ASC-nin əməkdaşları, aidiyyəti elmi-tədqiqat institutlarının nümayəndələri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl to-xumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, tarla müşavirəsinin işinə uğurlar arzulayıb.
    Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğu və becərmə texnologiyası sahəsində tədqiqat işlərinin aparılması, qlobal istiləşmənin nəticəsi kimi meydana çıxan müxtəlif stres amillərə davamlı bitki sortlarının yaradılması və istehsalçıların istifadəsinə verilməsi əsas vəzifələrdəndir. Taxılçılıqda məhsuldarlığın artırılması, toxum- çuluğun inkişaf etdirilməsi ilə ölkədə taxıla olan tələbatı ödəmək olar.
    Sonra müşavirə iştirakçıları Tərtər Bölgə Təcrübə Stansiyasının seleksiya şöbəsində aparılan təcrübələrlə, tətbiq edilən yeni taxıl sortları və texnologiyalarla tanış olublar.
    Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov yeni texnologiyaların tətbiqi və təkrar əkinlərin əhəmiyyətindən danışıb.
    İştirakçılara stansiyada aparılan seleksiya işləri barədə geniş məlumat verilib.
    Müşavirənin sonunda alimlər və fermerlər arasında fikir mübadiləsi aparılıb.

    Müəllif: Redaktor, 09:42

    Teqlər:

İsmarıclar bağlıdır.