Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21İyn

    artezyanИзображение 195Qurtuluş günü ərəfəsində cəbhə bölgəsi olan Tərtər rayonunda Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı İlə qazılmış 15 ədəd subartezian quyusu kənd əməkçilərinin istifadəsinə verilir.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki son iki ildə rayon üzrə 31 ədəd subartezian quyusu istifadəyə verilib. Bu gün isə bayram ərəfəsində möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə Sarıcalı kəndində 2 ədəd, Kəngərli, Xoruzlu, Kəbirli, Mamırlı, Köçərli, Azadqaraqoyunlu, İlxıçılar, Qapanlı, Qarağacı, Əskipara, Seydimli, Qaynaq, Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla, ümumilikdə 15 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilir. Bu subartezian quyularının vasitəsi ilə 700 hektar əkin sahəsi suvarılacaq.
    DSC_3123 (Копировать)Tədbirdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov ölkədə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan məlumat verdi.
    Sonra kənd sakinləri Ziyəddin Hüseynov, Namiq Rəcəbov və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıdan razılıq etdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:27

    Teqlər:

İsmarıclar bağlıdır.