Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    331285Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Bakı şəhərində yaşayan əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə hər həftənin şənbə, bazar və bayram günlərində paytaxtın ayrı-ayrı rayonlarında satış yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Tərtər rayonunun fermerləri də yaxından iştirak edirlər. İstehsal etdikləri müxtəlif çeşidli məhsullar paytaxt yarmarkalarında həvəslə alınır. Rayonumuzdan Bakı şəhərinə aparılan müxtəlif məhsullar əsasən paytaxtın Nəriman Nərimanov və Binəqədi rayonlarının ərazilərində ayrılmış xüsusi yarmarkalarda satılır.
    Bu ilin 5 ayı ərizində bu yarmarkalarda rayonumuzun fermerləri tərəfindən 68 ton meyvə-tərəvəz, 32 min dəstə göygöyərti, 8,3 ton ət məhsulları, 4 min ədəd təzə kənd yumurtası, 6500 ədəd müxtəlif növ calaq meyvə tingləri satılmışdır.
    Yarmarkalarda yaradılmış münbit şəraitdən həm Bakı sakinləri, həm də fermerlər daim razılıqlarını bildirirlər. Fermerlər əsasən ona görə razıdırlar ki, onlar nə yollarda, nə də məhsullarını satan zaman heç bir maneə ilə rastlaşmırlar. Paytaxt sakinləri belə yarmarkalardan ona görə razılıq edirlər ki, burada məhsullar həm təzə-tər, həm də bazar qiymətləri ilə müqayisədə xeyli ucuzdur.
    Bu cür yarmarkaların daha bir üstün cəhəti ondan ibarətdir ki, nəzarət tərəzisi qoyulmaqla rayonlardan daxil olan məhsulların sanitargigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən, ət və süd məhsullarının keyfiyyəti isə baytarlıq laboratoriyalarında diqqətlə yoxlanılır.
    Fermerlərin çətinliklərlə üzləşməməsi və onlara lazımi kömək göstərilməsi üçün rayon icra hakimiyyəti tərəfindən xüsusi nümayəndə ayrılmışdır.
    Bakı şəhərində təşkil edilən yarmarkalarda rayonun əsasən Hüsənli, Qarağacı, Azadqaraqoyunlu, Qaynaq, Yuxarı Qapanlı, Köçərli və Ələsgərli kəndlərinin fermerləri xüsusi fəallıq göstərirlər.
    Bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəkdir.

    Natiq Musayev,
    rayon icra hakimiyyətində baş məsləhətçi

    Müəllif: Redaktor, 11:41

    Teqlər:

İsmarıclar bağlıdır.