Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərtər rayonunun ərazisində son günlər 15 yeni subartezian quyusu qazılaraq, əkinçiliklə məşğul olan fermerlərin istifadəsinə verilib. Həmin quyuların ikisi bizim Azadqaraqoyunlu kəndinin ərazisində yerləşir. Əvvəllər bu sahələrdə su olmadığına görə əkin-biçinlə məşğul olmaq mümkün deyildi. Torpaqlar istifadəsiz qalırdı.
    Artezianların hər ikisi “dördyol–2” deyilən ərazidə–yeni qəsəbənin yaxınlığında vurulub. Həmin yerdə mən bu il ailəmlə birlikdə 20 hektar pambıq, 5 hektar yonca əkib becərirəm. Məndən başqa bu artezianların suyundan istifadə etməklə fermer Həsən Əhmədov 2 hektarda pambıq, Tacir Məmmədov isə 10 hektar sahədə şəkər çuğunduru əkiblər. Biz yeni subartezian quyularının suyundan səmərəli istifadə edir, ailə büdcəmizə daha çox gəlir gətiririk.
    Bütün bunlara görə mən öz adımdan və hər bir həmkəndlim adından, hörmətli Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

    Ziyyədin Hüseynov,
    Azadqaraqoyunlu kəndində fermer

    Müəllif: Redaktor, 11:45

    Teqlər:

İsmarıclar bağlıdır.