Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Изображение 062Изображение 059Qarabağ Regional Bilik Evi Tərtər Rayon Təhsil Şöbəsi ilə birgə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirib Tədbirdə rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayev, polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, məktəb direktorları, psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçı müavinlər, uşaq birliklə-rinin rəhbərləri iştirak ediblər.
    Müasir dövrdə hamını narahat edən məsələ–narkomaniya və onun fəsadları barədə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev məruzə edib.
    Ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin qrup rəhbəri Nigar Məstəlizadə, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova, aparıcı mütəxəssisi İradə Əkbərli, Umudlu kənd tam orta məktəbinin müəllimi Şəhla Musayeva, Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru Yaşar Məhərrəmov tədbirdə çıxış edərək bu sahədə hər kəsi üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıblar. Qeyd edilib ki, gənclər arasında maarifləndirmə işlərini genişləndirməklə biz narkomaniyanın qurbanlarının sayını azalda bilərik.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:53

    Teqlər:

İsmarıclar bağlıdır.