Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    HAMI XOŞ TƏƏSSÜRATLA AYRILDI

    esasИзображение 005Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşqəbulu Evoğlu kəndində keçirildi. Tədbirdə rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak etdilər.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov ərazi haqqında məlumat verdi.
    Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən qeyri neft sektorunun inkişaf etdirilməsi Evoğlu kəndinin camaatında da böyük ruh yüksəkliyi yaradıb. Elə buna görə də əvvəlki illərdən fərqli olaraq pambıq, taxıl, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri xeyli genişləndirilib. Həmin sahələrdə becərmə, suvarma işləri keyfiyyətli aparıldığı üçün yüksək məhsul gözlənilir.
    Tədbirdə çıxışlar oldu. Kənd sakini Eldəniz Əliyev rayonumuza göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.
    Çıxış edən kənd sakinləri Baxşeyiş Əliyev, Təvəkkül Məhərrəmov, Şahin Hüseynov, Teyyub Əliyev, Nadir Əliyev və Səttar Seyidov yaşadıqları ərazidə sosial-iqtisadi inkişafla yanaşı, mövcud problemlərdən söz açdılar. Kənddə işıq dirəklərinin bərbad halda olması, telefonların normal işləməməsi, kəndə gələn asfalt yolun tamamilə yararsız hala düşməsi, sahələrin normal suvarılması üçün yeni subartezian quyularına ehtiyacın olması məsələlərinə toxundular.
    Görüş-qəbulda qaldırılan məsələlərin bir neçəsi yerində öz həllini tapdı, digərləri qeydiyyata götürüldü.
    ***
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş–qəbulu Qaradağlı kəndində keçirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:03

    Teqlər:

İsmarıclar bağlıdır.