Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    198089_0imageRayon statistika idarəsinin məlumatına əsasən cari ildə kartof, tərəvəz və bostan bitkilərinin ümumi əkin sahəsi 1580,8 hektardır. Bunun 498 hektarı kartof, 1075 hektarı tərəvəz, 7 hektarı bostan bitkiləridir. Bu il kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri əvvəlki illə müqayisədə 123,3 hektar və ya 8,5 faiz artmışdır. 2017-ci ilin məhsulu üçün rayon üzrə tərəvəz və bostan bitkiləri ən çox Hüsənli kəndində əkilib (161 hektar). Bu bitkilərin əkini Bəyimsarovda 112, Azadqaraqoyunluda 105 hektardır.
    Hüsənli kənd İƏD üzrə icra nümayəndəsi Gülüstan Əhmədova deyir ki, tərəvəz və bostan bitkiləri tez hasilə gəlir, insanlar ailə büdcələrini möhkəmlətmək üçün bu sahəyə daha çox maraq göstərirlər. Fermer Azər Gülməmmədov bu il 50 hektarda tərəvəz və bostan bitkiləri becərir. Onun 16 hektarı dən üçün qarğıdalı, 10 hektarı kələm, qalanı isə yerkökü və kartofdur.
    Kəndin digər torpaq mülkiyyətçilərindən Anar Şirinov, Əkbər Rzayev, Vahid Quliyev, Loğman Quliyev və başqaları pay və icarəyə götürdükləri torpaq sahələrində kartof, tərəvəz və eləcə də bostan bitkilərini daha çox əkib becərirlər. Çünki bu, onlar üçün həm iş yeri, həm də ailə büdcələrini möhkəmlətmək üçün ən yaxşı vasitədir. Bunlar elə məhsullardır ki, onların ilboyu bazarı var. Fermerlər taxıl, pambıq, çuğundurla yanaşı bostan bitkilərinin əkin sa-hələrini də ilbəil genişləndirirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:04

    Teqlər:

İsmarıclar bağlıdır.