Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    4D2942F4-7660-4799-9272-B22AE3F0AF46_w1080_h608Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barəsindəki göstərişləri təsərrüfatmızın üzvlərini də ürəkdən həvəsləndirib. Ona görə ki, biz ailəlikcə torpağı sevən, ondan bol məhsul götürən insanlarıq. Mən həm öz kəndimizdə, həm də qonşu Seydimli kəndində 40 hektara yaxın torpaq sahəsi becərirəm. Elə həmin torpaqların hesabına özümüzün fərdi fermamızı da yaratmışıq. İndi fermada 150 baş qoyun-quzu bəsləyirik.
    Cari ilin məhsulu üçün hələ ötən ilin payızında 10 hektar sahəyə payızlıq taxıl, 7 hektara şəkər çuğunduru toxumu əkmişdik, 15 hektar sahədə yonca becəririk.
    Ölkə Prezidenti İlham Əliyevin “Toxumdan tutmuş hazır məhsuladək Azərbaycanda istehsal olunmalıdır” təşəbbüsü torpağı əkib-becərən insanların məsuliyyət hissini qat-qat artırıb. Elə buna görə də səpdiyimiz taxıl toxumunu öz sahəmizdən götürmüşük.
    Bundan başqa, kəndliyə yaxşı gəlir gətirən bitkilərdən biri də şəkər çuğundurudur. Əvvəlcədən İmişli şəkər zavodu ilə müqavilə bağladığımız üçün məhsul hasilə gələndə heç bir maneə ilə rastlaşmadan hazır məhsulu təhvil verib pulumuzu alırıq. Hazırda çuğundur sahələrində kətmənləmə aparılır, cərgəaralarına kultivasiya çəkilir.
    Bir neçə gündür ki, taxıl zəmilərində biçini başa çatdırmışıq. Məhsulumuz boldur. Əziyyətimizin bəhrəsini gördükcə, sevincimiz daha da artlr.
    Ötən il yoncalıqlardan bol yem tədarük etdiyimizə görə qoyun-quzuları qışdan gümrah və sağlam çıxarmışıq. Onu da deyim ki, xırdabuynuzlu heyvanların rahat, normal bəslənməsi üçün hər cür şəraiti olan tövlələrimiz də var.
    Onu da qeyd edim ki, həm torpaqda kənd təsərrüfatı bitkilərinin əkilib bücərilməsində, həm də heyvandarlıq sahəsində işləyənlərin hamısı öz ailə üzvlərimiz, qohum və yaxınlarımızdır.
    Məqsədimiz yuxarıda göstərdiyim bütün sahələrdən bol məhsul götürməklə ölkə Prezidentinin çağırışına əməli işimizlə cavab verməkdir.

    Asəf Mehdiyev,
    Hacıqərvənd kəndində fermer

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.