Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    14317287745873043008_1000x669Son zamanlar respublikamızın əksər bölgələrində şəkər çuğundurunun əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Elə buna görə də rayonumuzda bu sahənin inkişaf etdirilməsinə xususi diqqət yetirilir.
    Qeyd etmək lazımdır ki, bu bitkinin son illər əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirilir. Müqayisə üçün deyək ki, əgər ötən il rayonumuzun təsərrüfatlarında 1187 hektar sahədə şəkər çuğunduru becərilmişdisə, bu il həmin sahələr 1541 hektara çatdırılıb.
    Fermerlərimiz 2016-cı ildə İmişlidəki şəkər zavoduna 56 min 872,1 ton məhsul təhvil vermişlər. Hər hektarın orta məhsuldarlığı 479,1 sentner olmuşdur. Bu il daha çox məhsul gözlənilir. Bu işdə bir sıra icra numayəndəliklərində çalışan fermerlərin işləri daha uğurlu olmuşdur. Belə ki, Yuxarı Qapanlı kəndinin fermerləri şəkər zavoduna 12 min 69 ton, Hüsənlidə 3 min 525 ton, Köçərlidə 652 ton, Qaraqoyunluda 4820 ton məhsul təhvil vermişlər.
    Ümumiyyətlə, 2016-cı ildə zavoda təhvil verilən məhsul 2015-ci ildəkindən 26 min 514 ton çoxdur.
    Fermerlərimiz təhvil verdikləri məhsula görə xeyli pul almış, ailə büdcələrini möhkəmləndirmişlər.
    Hazırda şəkər çuğunduru sahələrində becərmə işləri davam etdirilir. Yayın bu isti günlərində fermerlər suvarma işlərinə daha çox diqqət yetirirlər.
    Bütün bunlar deməyə əsas verir ki, tərtərlilər cari ildə də bol şəkər çuğunduru yetişdirərək, ölkədə ərzaq bolluğu yaradılmasına öz töhfələrini verəcəklər.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 11:04

    Teqlər:

İsmarıclar bağlıdır.