Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    PREZİDENTİMİZİN TAPŞIRIĞINA ƏMƏLİ İŞİMİZLƏ CAVAB VERƏCƏYİK

    c9b13914-fc65-4372-b340-ebf71b2dc91fÖlkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı hər bir torpaq mülkiyyətçisi kimi mənim də işə olan həvəsimi qat-qat artırıb. 1997-ci ildən indiyədək torpaqda əkin-biçinlə məşğul oluram. Ötən il becərdiyimiz şəkər çuğunduru sahəsinin hər hektarından 70 tondan çox, buğda sahəsinin hər hektarından 30 sentner, arpa sahəsinin isə hər hektarından 22 sentner məhsul götürdük.
    Təsərrüfatımda işləyənlər–ailə üzvlərim, yaxın qohumlarım, qonşularımdır. Ölkə rəhbərinin pambıqçılığı inkişaf etdirmək barədə Saatlı rayonunda keçirdiyi müşavirədəki tapşırıqlarını, torpaq mülkiyyətçilərinə, nəzərdə tutulan subsidiyalar, texnikadan, gübrələrdən güzəştli şərtlərdə istifadə olunması insanların bu sahəyə marağını qat-qat artırıb. Bu il 23 hektar sahəyə çiyid, 9 hektara isə şəkər çuğunduru toxumu səpmişik. Hər iki sahədə səpin aqrotexniki qaydada keçirilib. İndi çuğundur sahələrində alaq otlarına qarşı becərmə işləri aparılır.
    Neçə vaxtdır ki, torpaqdan bol məhsul götürməyimizin başlıca səbəbi becərdiyimiz kənd təsərrüfatı bitkilərini vaxtlı-vaxtında normal suvarmağımızdır. Bu işi subartezian quyularının vasitəsilə aparırıq.
    Ölkə Prezidentinin pambıqçılığı inkişaf etdirmək, onun əvvəlki şöhrətini qaytarmaq tapşırığı hamının ürəyincədir. Bunun üçün var qüvvəmizlə çalışacağıq. Bir də ki, biz torpaq mülkiyyətçiləri pambığın becərilmə qaydalarını ata-babalarımızdan öyrənmişik.
    Hamılıqla məqsədimiz torpaqdan bol “ağ qızıl” götürməklə Prezidentimiz İlham Əliyevin çağırışına əməli işimizlə cavab verməkdir.

    Mütalib Rzayev,
    Hüsənli kəndində torpaq mülkiyyətçisi

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.