Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Изображение 054yanacaqdoldurmaKöçərli kəndində “Dördyol” adlanan ərazidə müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etdilər.
    Tədbiri Köçərli kənd İƏD üzrə icra nümayəndəsinin müavini Cahangir Məmmədov açdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə bölgəsi olan Tərtərdə görülən işlərdən, ölkə başçısının tərtərlilərə göstərdiyi qayğıdan, sahibkarlara yaradılan şəraitdən danışdı.
    Yanacaqdoldurma məntəqəsinin sahibi Məhəmməd Səfərov ölkəmizdə sahibkarlara yaradılan münbit şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, yanacaqdoldurma məntəqəsində quraşdırılan avadanlıqların hamısı qardaş Türkiyənin istehsalıdır. Burada 30 nəfər gənc daimi iş yeri ilə təmin ediləcəkdir. Tədbirdə iştirak edən Bakı Şəhər Mərkəzi Seçki Komissiyasının üzvü, “Şöhrət” ordenli Şahhəddin Əliyev, kənd ağsaqqalı Səfər Şəmilov sahibkarlara işlərində uğurlar arzuladılar.
    Sonda icra başçısı məntəqənin açılışını bildirən rəmzi qırmızı lenti kəsdi.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 11:38

    Teqlər:

İsmarıclar bağlıdır.