Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    DSC_5654esger yola salmaMərkəzi meydanda rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimini keçirib.
    Gənclər əvvəlcə Heydər Əliyev Məzkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olub, sonra onun abidəsini ziyarət ediblər.
    Mərasim elə mərkəzi meydanda davam etdirilib.
    Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik–leytenant Ruslan Quliyev açıb. O, əsgəri xidmətə yola salınan 83 gənci və onların valideynlərini təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb.
    Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri, Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, əsgər atası Sahib Həsənov, çağırışçı Kamran Abbaslı, Tərtər dini icmanın sədri, Cümə Məscidinin axundu Sadiq Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin çağırış bölməsinin zabiti kapitan Xəyyam Salmanov gənclərə uğurlar diləyib, onlara vətəni gözbəbəyi kimi qorumağı tövsiyə ediblər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
    Mərasim rayon mədəniyyət mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:42

    Teqlər:

İsmarıclar bağlıdır.