Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Изображение 368herbi hisse26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirildi.
    Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, Qarabağ Regional Bilik evinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general–polkovnik Zakir Həsənovun təbrik məktubunu oxudular. Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etdi, çətin və şərəfli işlərində onlara uğurlar arzuladı. Bildirdi ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. Aprel döyüşləri bir daha sübut etdi ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri geri qaytardıq. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan digər ərazilərimizdə də dalğalanacaqdır. Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağ torpaqlarına Böyük Qayıdışla başa çatacaqdır.
    Bayram tədbirlərində hərbi hissənin komandirləri, keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Qarabağ veteranları Elbrus Sadıqov, Nəriman Sadıqov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordusudur və işğal altında olan torpaqlarımızı hər zaman azad etməyə qadirdir.
    Sonra Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Ruslan Quliyevə və “N” saylı hərbi hissənin komandiri Vüsal Əliyevə “Vətən naminə” medalı təqdim olundu.
    Sonda rayon icra hakimiyyəti tərəfindən hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabitə Fəxri fərmanlar, qiymətli hədiyyələr, Qarabağ Regional Bilik evi tərəfindən isə stolüstü idman oyun vasitələri və kitablar hədiyyə olundu.
    Tədbirlər konsert proqramı ilə başa çatdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:14

    Teqlər:

İsmarıclar bağlıdır.