Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    UNUTSAQ, UNUDULARIQ

    Изображение 082Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində redaksiyamızda mərhum jurnalist, “Tərəqqi” medalı mükafatçısı, bir çox kitabın müəllifi, “Xocalının səsi” qəzetinin keçmiş redaktoru Qasım Qırxqızlının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Qəzetimizin baş redaktoru Tofiq Yusifin təklifi ilə dünyasını dəyişmiş milli mətbuat fədailərinin, həmçinin Qasım Qırxqızlının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Tofiq Yusif unudulmaz qələm dostunun yaradıcılığından, onun vətən həsrətindən, “Xocalının səsi” ilə birlikdə yaşadığı didərginlik həyatından bəhs etdi.
    Tədbirdə iştirak edən “Xocalının səsi” qəzetinin keçmiş məsul katibi, Azərbaycan Jurnalistlər İttifaqının və Mətbuat Şurasının üzvü, “Qızıl Qələm” mükafatı laureatı, gözəl şairə Mahirə İsbiqızı mərhum jurnalistin milli jurnalistikamızın inkişafındakı xidmətlərindən danışdı. Qasım Qırxqızlının gözəl insan, peşəkar jurnalist, işıqlı ziyalı olduğunu qeyd etdi.
    “Yeni Tərtər”in əməkdaşlarından Əvəz Nəsirov, Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Şəhanə İsmayıllı bildirdilər ki, yaradıcı insanın ömrü ölümü ilə bitmir. Əgər onun yazıb-yaratdıqları bu gün də insanları düşündürürsə, deməli, həyat davam edir…
    Biz də həmkarımızı yad et-dik ki, özümüz də unudulma-yaq…

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.