Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Изображение 055“Saf həyat naminə” Gənclər İctimai Birliyi iki gün ərzində tərtərli qadınlar arasında “İşgüzar ol, həyatını qur!” mövzusunda maarifləndirici tədbir keçirib. “Dəyirmi masa” ətrafında aparılan söhbətlərdə rayonumuzun fəal, işgüzar qadınları iştirak ediblər.
    Layihənin rəhbəri Nailə İsmayılova bu sahədə onlara geniş məlumat verib. O deyib ki, həyatda qabiliyyətsiz insan yoxdur, öz yerini tapa bilməyən insan var. Buna görə də cəmiyyət hər kəsə öz yerini tapmaqda, peşə seçimində yardımçı olmalıdır. Peşə seçərkən əmək bazarında həmin peşəyə olan mövcud tələbat mütləq nəzərə alınmalıdır.
    İnsanın gələcək həyatında onun düzgün peşə seçiminin xüsusi əhəmiyyəti var. Dünyada 240 minə yaxın peşə növü olduğundan, hər kəs məhz öz təbiətinə yaxın olan peşəni seçə bilər.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Tünarə Məmmədzadə, təhsil şöbəsinin işçisi Nigar Məstəlizadə, Borsunlu kənd tam orta məktəbinin direktor müavini Aytən Əliyeva, Bayandur kənd ibtidai məktəbin direktoru Natella İbrahimova fəal iştirak ediblər. Onlar bir daha bildiriblər ki, peşə seçimi insanın həya-tında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə də bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:04

    Teqlər:

İsmarıclar bağlıdır.