Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    RAZILIQ BİLDİRDİLƏR

    Изображение 035Изображение 013Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Ələsgərli kənd inzibati ərazi dairəsinin Bayandur kəndində keçirildi. Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
    İcra nümayəndəsi Kamran Əhmədov kəndin əhalisi, onların əsas məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, kənddə insanların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Burada 3 ədəd subartezian quyusu var. Körpələr evi-uşaq bağçası, ibtidai məktəb, 4 iaşə obyekti fəaliyyət göstərir.
    Görüş-qəbulda çıxışlar oldu. Kənd sakinləri Yusif Muradov, Afət Qarayeva, Mətləb Muradov, Sevil Əhmədova, Pənah Məmmədov son vaxtlar rayon mərkəzində və eləcə də kəndlərdə aparılan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
    Çıxışçılar görülən yaxşı işlərlə yanaşı çatışmazlıqlardan da söhbət açdılar. Qeyd olundu ki, Bayandur kəndinin suvarma suyuna olan ehtiyacını ödəmək üçün bir subartezian quyusunun vurulmasına, kəndə gələn elektrik naqillərinin dəyişdirilməsinə, uşaq bağçasının əsaslı təmirinə, “üç qapı” deyilən ərazidə su qapılarının işlək vəziyyətə gətirilməsinə, kəndarası yolların çınqıllanmasına ehtiyac var.
    Müraciətlərlə əlaqədar bir sıra idarə rəhbərlərinə tapşırıqlar verildi. Qalan məsələlər nəzarətə götürüldü.
    Kənd sakinləri görüş-qəbuldan razı qaldılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.