Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    cotton_291014Kənd təsərrüfatının mühüm aparıcı sahələrindən biri də pambıqçılıqdır. Bu, həm ölkəyə yaxşı gəlir gətirir, həm də bu sahədə çalışanların maddirifah halının yaxşılaşdırılmasında, ailə büdcəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Elə buna görə də son illər unudulan sahəyə çevrilən pambıqçılığın əvvəlki şöhrətinin yenidən qaytarılması hər bir tərtərlinin başlıca məqsədidir.
    Müdayisə üçün deyək ki, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilmişdisə, bu il həmin sahələr 3 dəfədən çox artırılaraq 3123 hektara çatdırılıb.
    Bu sahədəki daha bir yenilik ondan ibarətdir ki, rayon ərazisində olan 3 pambıq qəbulu məntəqəsi ayrı-ayrı kəndlərdə fermerlərlə pambıq əkini barədə əvvəlcədən müqavilə bağlayıb.
    Qarabağ Regional Tərtər Pambıq Qəbulu Məntəqəsinin (Qaraqoyunlu kəndi) fermerlərlə bağladıqları müqaviləyə əsasən 1980 hektar sahədə pambıq əkilib. Belə ki, həmin məntəqənin nəzdində Köçərlidə 199,5, Azadqaraqoyunluda 233,3, Hüsənlidə 130, Qazyan kəndində 206, Qaynaqda 196,8, Yuxarı Qapanlıda 129,9 hektar pambıq əkilib.
    “CTS Aqro” MMC pambıq qəbulu məntəqəsi (Tərtər) isə fermerlərlə bağladıqları müqaviləyə əsasən 1063 hektarda pambıq əkib. Bu məntəqə Qazyan, Əksipara, Qaynaq, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı, Qapanlı kəndlərinin fermerləri ilə müqavilələr bağlayıb.
    Tərtər Kənd Təsərrüfatı “MMC” ilə bağlanan müqavilə əsasında isə Zolgörən kəndindəki Bölgə Təcrübə Stansiyasının ərazisində 68 hektar sahədə pambıq əkilib.
    Hazırda tarlalarda becərmə, suvarma işləri mütəşəkkilliklə davam etdirilir. Sahərə 3-cü kultivasiya çəkilir. Birinci vegetasiya suvarması 2805 hektar, 2-ci vegetasiya suvarması 516 hektar sahədə aparılmış, ziyanvericilərə qarşı mübarizə məqsədilə 3270 hektarda pambıq sovkasına qarşı, 3705 hektarda mənənə və tripsə qarşı mübarizə tədbirləri həyata keçirilib. Fermerlərimiz Tərtər torpağında pambıqçılığın əvvəlki şöhrətini qaytarmaq, sahələrdən bol və keyfiyyətli məhsul götürmək üçün var qüvvə ilə çalışırlar, onlar ölkə Prezidentinin çağırışına əməli işləri ilə cavab verməyi qarşılarına ən ümdə vəzifə kimi qoyublar.

    Bayram Əliyev,
    Tərtər Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorunun müdiri

    Müəllif: Redaktor, 12:10

    Teqlər:

İsmarıclar bağlıdır.