Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    2016-06-20-22-23-19taxilKəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri taxıl biçini kampaniyasını mütəşəkkilliklə başa çatdırmışlar. 168 hektar taxıl zəmilərinə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün zəmilərdən 648,5 ton buğda götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı 38,6 sentner olmuşdur. Bu işdə kənd sakinlərindən Maarif Mehdiyev, Güloğlan Kərimov, Elçin Şahbazov, Ramiz Kərimov və başqaları gərgin əmək sərf etmiş, yaxşı nəticələrə nail olmuşlar.
    Arpa sahələrində isə hektarın məhsuldarlığı orta hesabla 29 sentner təşkil edir. Ailə-fermer təsərrüfatlarının üzvlərindən Rəşid Məhərrəmovun, Flora Hüseynovanın və Mətləb Tahirovun əldə etdikləri məhsul orta məhsuldarlıqdan yüksək olmuşdur.
    Ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki çağırışına əməli işləri ilə cavab verməyə çalışan kənd sakinləri gələn il taxıl əkini sahələrini xeyli genişləndirməyi və bu sahədən daha çox məhsul götürməyi qarşılarına məqsəd qoymuşlar.
    Kənd əməkçiləri bu il 20 hektarda pambıq, 17,5 hektarda şəkər çuğunduru, 2,5 hektarda tərəvəz və 2,5 hektar sahədə bostan bitkiləri becərirlər.
    Torpağı sevən və ona ürəkdən bağ­­­­­lananlar yaxşı bilirlər ki, təsərrüfat işləri ilə məşğul olmaq onlar üçün ailə büdcələrini möhkəmlətmək istiqamətində ən yaxşı vasitədir.

    Elxan Hüseynov,
    Seydimli kənd İƏD üzrə icra nümayəndəsi

    Müəllif: Redaktor, 12:13

    Teqlər:

İsmarıclar bağlıdır.