Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ic-lasında geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin 2017-ci ilin birinci yarısındakı inkişafını müsbət qiymətləndirib. Qeyd edib ki, dünyada baş verən müharibələr, münaqişələr, qanlı toqquşmalar şəraitində Azərbaycanda sabitlik möhkəmlənir. Prezident deyib: “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq – iqtidar birliyidir”.
    Ölkənin xarici siyasətindən bəhs edən Prezident bildirib ki, bu siyasətin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu ilin birinci yarısında danışıqlar istiqamətində heç bir nəticə əldə edilməsə də, münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır.
    İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən mövbəti erməni təxribatı barədə danışan ölkə başçısı deyib: “Bu, hərbi cinayətdir. Bu, erməni faşızminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.”Azərbaycan Ordusu bu cinayəti cavabsız qoymadı. Er-mənilərə layiqli cavab verildi və məhz bundan sonra danışıqlar davam etdirildi.
    İclasda qeyd olunub ki, məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınıb. Onların arasında Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Digər layihələr də icra olunur. Tərtər rayonunda məcburi köçkünlər üçün böyük şəhərcik salınır.
    “Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır,” – deyən cənab Prezident bir daha sahibkarlara, məmurlara müraciət edərək, xalqın xidmətində layiqincə dayanmağı tələb və tövsiyə etmişdir.
    İclasda qeyd olunub ki, altı ayda qeyri-neft iqtisadiyyatımız 1,7 faiz artıb. Bu, aparılan iqtisadi islahatların nəticəsidir və çox yaxşı göstəricidir. Ölkənin valyuta ehtiyatları da artıb və 40,6 milyard dollar təşkil edir. İlin əvvəlindən isə valyuta ehtiyatları təxminən 3 milyard dollar artıb.
    Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.
    Ölkə başçısı qeyd edib ki, Azərbaycanda pambıqçılığın şöhrəti bərpa edilib. Bu isə pambıqçılıq rayonlarında işsizliyin aradan qaldırılmasına kömək edəcək. Bu il ölkə üzrə pambıq əkinləri təqribən 3 dəfə artırılıb.
    Baramaçılığın inkişafı ilə bağlı uğurlu addımlar atılıb. Bu sahə çox gəlirli olduğu üçün, insanlar baramaçılıqla həvəslə məşğul olurlar. Prezident deyib: “Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim sərəncamımla Prezidentin Ehtiyat Fondundan 4,5 milyon manat vəsait ayrıldı”. İclasda diqqətə çatdırılıb ki, əkilən tut tingləri və aparılan siyasət yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək.
    Şəkər çuğunduru əkini sahəsində də ölkəmiz sürətlə irəliləməkdədir. 27 rayonda 14 min hektarda şəkər çuğunduru əkilibdir. Cənab Prezident bildirib ki, bu sahənin çox böyük perspektivləri var.
    Sevindirici haldır ki, taxılçılıq üzrə yüksək göstəricilər əldə edən rayonlar sırasında ölkə başçısı Tərtər rayonunun da adını çəkib. Respublika üzrə məhsuldarlıq 28,8 sentner olduğu halda, Tərtər rayonunda cari ildə hər hektar taxıl zəmisindən 38 sentner məhsul götürülüb ki, bu da yaxşı nəticədir.
    Prezidentin öz nitqində toxunduğu sonuncu məsələ isə özünü-məşğulluq proqramı ilə bağlı olub. Ölkə başçısı deyib: “Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin Ehtiyat Fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi”.
    Yığıncağın sonunda cənab Prezident bir daha qeyd edib ki, bu ilin 6 ayının yekunları sevindiricidir. Gələcəkdə bu müsbət dinamika daha da artırılmalıdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:54

    Teqlər:

İsmarıclar bağlıdır.