Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    MƏHSUL BOL OLACAQ

    imageXurma bağlarında məhsul yığımına hələ bir neçə ay qalıb. Amma bağların indiki vəziyyəti deməyə əsas verir ki, bu il tərtərli bağbanlar nəinki rayon əhalisini bu qiymətli meyvələrlə təmin edəcək, eləcə də xarici bazarlarda “Made in Azerbaijan” brendi layiqincə təmsil olunacaq.
    Rayon kənd təsərrüfatı idarəsində bitkiçilik sektorunun müdiri Bayram Əliyevdən xurma bağlarının indiki vəziyyəti barədə məlumat verməsini xahiş etdik. O dedi:
    – Rayon üzrə meyvə verən xurma bağları 288,4 hektardır. 27,4 hektar sahədə isə yeni bağlar salınıb. Ötən il rayonda 3237 ton xurma toplanıb. Hər hektarın məhsuldarlığı 112,2 sentner olub.
    Öyrəndik ki, Mamırlıda Zəfər Nəsirov, İrəvanlıda Məhyəddin Abbasov, Xəyyam Əliyev bu sahədə yaxşı təcrübə toplayıblar. Onlar həm ağacların becərilməsi texnologiyasını yaxşı mənimsəyiblər, həm də məhsulun nə zaman yığılmasını, necə qablaşdırılmasını bilirlər. Buna görə də çəkdikləri zəhmət hər zaman bəhrə verir.
    Daha sonra Bayram Əliyev dedi:
    –Müasir dövr elədir ki, əgər lazımi tələblərə cavab verən, yəni keyfiyyətli məhsul yetişdirmisənsə, alıcın daim yanında olacaq. İndi əksər fermerlər öz məhsulları haqqında məlumatları “Kənd təsərrüfatı portalı”nda yerləşdirirlər, əlaqə telefonlarını bildirirlər. Belə olduqda alıcı özü gəlib onları tapır.
    Bitkiçilik çox mürəkkəb sahədir. Bəzən havanın şıltaqlığı məhsula ciddi təsir göstərir. Bu il isə fermerlərimizin üzü gülür. Digər sahələrdə olduğu kimi, xurma bağlarında da məhsul boldur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:42

    Teqlər:

İsmarıclar bağlıdır.