Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Изображение 073Məntəqəmiz ötən il 515 hektar sahədə pambığın əkilib becərilməsinə dair fermerlərlə müqavilə bağlamışdırsa, bu il həmin rəqəm 2 dəfədən çox artıraq 1063 hektara çatdırılmışdır.
    Cari ildə Qaynaq, Qazyan, Əksipara, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı və digər kəndlərin fermerləri ilə müqavilələr bağlamışq. Bu sənədlərə əsasən becərmə, dərmanlama, kultivasiya zamanı, bir sözlə, becərmə vaxtı bütün işlərdə həm texnika sarıdan, həm də gübrə və digər pesdisidlərin çatdırılmasında fermerlərə lazımi köməklik göstəririk.
    Tarlalarda beçərmə işlərinin son mərhələsidir. Bir azdan kənd əməkçiləri hasilə gətirdikləri məhsulu toplayıb məntəqəmizə təhvil verəcəklər. Becərmə vaxtı olduğu kimi məhsul toplanışında da yerlərdə lazımi köməklik göstərəcəyik. Məntəqəmiz məhsul qəbuluna tam hazırdır. Pambığı daşımaq üçün 20-dən çox lafet, 11 traktor var.
    Məntəqənin ümumi sahəsi 3 hektara yaxındır. Taya vurmaq üçün 8 meydanca hazırlanıb. Burada 40 nəfər işçi çalışacaq. Hamının məqsədi gərgin zəhmət bahasına hasilə gətirilmiş məhsulu tez və itkisiz tədarük etməkdir.

    Fəqani Babışov,
    “CTS Aqro” MMC Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru

    Müəllif: Redaktor, 11:48

    Teqlər:

İsmarıclar bağlıdır.