Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Изображение 085Qarabağ Regional Bilik Evinin təşəbbüsü ilə Tərtər gənclərinin bir qrupu rayon ağsaqqallar şurasının üzvü, elektromexanika zavodunun keçmiş direktoru Rauf Həsənzadənin qonağı oldu. Məqsəd onun şəxsi kitabxanası ilə tanışlıq idi.
    Rauf Həsənzadə kitabxana haqqında məlumat verərək bildirdi ki, şəxsi kitabxanası ötən əsrin 80-ci illərindən təşkil olunub. O illərdə zavod direktoru işlədiyim üçün Rusiyanın şəhərlərinə tez-tez ezamiyyəyə gedirdim. Həmin şəhərlərdə “Bukinist” mağazalarını gəzib tarixi kitab-ları alırdım.
    Hazırda Rauf Həsənzadənin şəxsi kitabxanasında 12 mindən çox kitab var. Burada 1717-ci ildə Birinci Pyotrun sifarişi ilə çap olunmuş “Məişətdə davranış qaydaları” (rus dilində) kitabından tutmuş keçmiş SSRİ-nin tərkibində xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən, ermənilərin Azərbaycan torpaqlarına köçürülmələrinə və bu torpaqlarda törətdikləri vandalizm aktlarına həsr olunan məlumatlarla zəngin kitablar vardır. Rəflərdə yerləşən kitablar içərisində ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar üstünlük təşkil edir.
    Rauf Həsənzadə kitablarla bağlı gəncləri maraqlandıran suallara ətraflı cavab verdi.
    Sonra gənclər Rauf Həsənzadənin şəxsi emalatxanası ilə tanış oldular. O, öz əli ilə düzəltdiyi masa və stulları, şamdanları, ağacdan olan bəzək əşyalarını nümayiş etdirərək gənclərə məlumat verdi.
    Rayon agsaqqallar şurasının idarə heyətinin üzvü Rauf Həsənzadə ilə görüş gənclərdə xoş təəssürat yaratdı.
    Sonda Qarabağ Regional Bilik Evinin aparıcı mütəxəssisi İradə Əkbərli gənclər adından xatirə olaraq Rauf Həsənzadənin şəxsi kitabxanasına kitablar bağışladı.
    Görüşdə rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, gənclər və idman idarəsinin rəisi Emin Pənahov, Heydər Əliyev Fondunun Yuxarı Qarabağ Regional İnkişafı İctimai Birliyinin nümayəndəsi Nigar Məstəlizadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, təhsil, mədəniyyət və mətbuat nümayəndələri iştirak etdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:56

    Teqlər:

İsmarıclar bağlıdır.