Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Изображение 105Heydər Əliyev Mərkəzində rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyevin sədrliyi ilə “Gənclik və zaman” mövzusunda tədbir keçirilib. Tədbirə rayonda nümunəvi işləri ilə seçilən, adları daim qabaqcıllar sırasında çəkilən yaşlı nəslin nümayəndələri, bir sıra idarə və müəssisələrin gəncləri dəvət olunmuşdular.
    Görüşü Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev açdı. Qeyd etdi ki, bugünkü tədbiri-mizi “Gənclik və zaman” adlandırmağımız heç də təsadüfi deyil. Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, gənclər bizim gələcəyimizdir. Biz onlara inanır və arxalanırıq.
    Tədbirdə milli-mənəvi dəyərlərimizdən, mentalitetimizdən, vətən və torpaq sevgisindən də söbət getdi.
    Mərasimdə çıxışlar oldu. Ağsaqqallardan şəhərimizin abadlaşdırılmasında nəzərəçarpacaq əməyi olan mühəndis İlyas Quliyev, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenli Süleyman Quliyev, rayon ağsaqqalar şurası idarə heyətinin üzvü, uzun müddət Tərtər Elektromexnika Zavodunun direktoru işləmiş Rauf Həsənzadə, rayon gənclər və idman idarəsinin rəisi Emin Pənahov, Qarabağ Regional Bilik Evinin aparıcı mütəxəssisi İradə Əkbərli, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Daxili işlə Nazirliyi veteranlar Şurası Tərtər Rayon təşkilatının sədr müavini Həsənağa Bayramov, təhsil şöbəsinin nümayəndəsi İntiqam Nuruyev çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
    Görüşü Qədir Allahverdiyev yekunlaşdırıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:10

    Teqlər:

İsmarıclar bağlıdır.