Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    771_1484254260 (1)0df33c38f5c56539c20177c020cd7a3bPrezident İlham Əliyevin sərəncamı əsasında ha-zırlanmış milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi 2010-cu ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2015-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2015-ci ildən sonrakı dövrləri əhatə edən hədəf baxışdan ibarətdir.
    Strateji Yol Xəritəsinə əsasən bizim rayonda da həm yaxın dövrü əhatə edən tədbirlər planındakı məsələlər yerinə yetirilir, həm də perspektivdə görü-ləcək işlərin reallaşdırılması məqsədilə hazırlıq həyata keçirilir.
    Bu, xüsusən aqrar sahənin inkişafına öz müsbət təsirini göstərir.
    Belə ki, rayon statistika idarəsinin məlumatına əsasən, 2017-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 38 milyon 420 min manat təşkil etmişdir. Bunun 23 milyon 902 manatı bitkiçilik, 14 milyon 518 manatı heyvandarlıq sahəsinin hesabına formalaşmışdır.

    sugar beetbitkic3a7ilikRayonda bütün təsərrüfat kateqoriyaları üzrə 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Cari ildə texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artmışdır. 3123 hektar sahədə pambıq, 1541 hektarda şəkər çuğunduru, 1637,4 hektarda günəbaxan əkilmişdir. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78,4 faiz artmışdır.
    Cari ilin məhsulu üçün 9 min 507 hektar sahədə taxıl əkilmişdir. Taxıl zəmilərindən 34 min 579,6 ton məhsul yığılmışdır. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 38,3, arpa üzrə 31,4 sentner təşkil etmişdir ki, bu da respublika üzrə yaxşı göstəricilərdən biridir. 2016-cı ilə nisbətən orta məhsuldarlıq buğda üzrə 1, arpa üzrə 4,2 sentner artmışdır.
    İlin birinci yarısında rayonda 171 ton dən üçün qarğıdalı, 3 min 462 ton kartof, 7 min 664 ton tərəvəz, 1624 ton meyvə istehsal edilmişdir. Hazırda məhsul yığımı davam edir.
    Rayonda 4 min 610 kiloqram barama tədarük edilmişdir. 2016-cı ilə nisbətən barama tədarükü 4,8 dəfə artmışdır. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq, gələcəkdə barama istehsalını daha da yüksəltmək məqsədi ilə onun yem bazasının yaradılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə təsərrüfatlarda xaricdən gətirilmiş və yerli çəkil tingləri əkilmişdir.
    Heyvandarlığın inkişafına diqqət artırıldığından, ilin birinci yarısında iribuynuzlu mal-qaranın sayı 26,9 min baş, xırdabuynuzluların sayı 70,4 min baş olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 256 baş artmışdır. Həmin dövrdə 1888 ton diri çəkidə ət, 12 min 434 ton süd, 6 milyon 950 min ədəd yumurta və 131 ton yun istehsal edilmişdir. 2016-cı ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,8 faiz, süd istehsalı 15,1 faiz, yumurta istehsalı 2,9 faiz, yun istehsalı 5,3 faiz artmışdır.
    Təkrar əkin aparan 144 istehsalçıya 258 hektar təkrar becərilən sahəyə görə 12,9 min manat, 170 istehsalçıya emal müəssisələrinə satdıqları xam pambığa görə 230,1 min manat, 2016-cı ilin son 3 ayı və 2017-ci ilin ilk 4 ayı ərzində süni mayalanma yolu ilə alınmış 163 baş buzova görə dövlət büdcəsinin vəsaiti hesabına 16,3 min manat məbləğin-də yardım verilmişdir.
    Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə birinci yarımillikdə suvarma sistemlərində 761 min kubmetr lildən təmizləmə işləri aparılmış, daşqın və selə qarşı mübarizə məqsədilə 23 min kubmetr torpaq işləri görülmüşdür. Rayonda olan 489 ədəd subartezian quyusundan 481-i işlək vəziyyətdədir. Prezidentin sərəncamı ilə rayonun Seydimli, Buruc, Ələsgərli, Köçərli, Yuxarı Sarıcalı, Səhlabad və Əskipara kəndlərində yeni subartezian qu-yularının qazılması nəzərdə tutulub.
    Görülən işlərə nəzər salanda aydın olur ki, bunlar həm cari məsələləri, həm də gələcəkdə qarşıda duran vəzifələri əhatə edir. Yəni rayonda kənd təsərrüfatının inkişafı strateji hədəf kimi götürülərək, bütövlükdə Azərbaycanın ümumi iqtisadi inkişafına doğru inamlı addımlar atılır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:44

    Teqlər:

İsmarıclar bağlıdır.