Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    14338471982505256441_750x500(1)Milli Aviasiya Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Elm Mərkəzinin, aidiyyəti elmitədqiqat institutlarının, Dövlət Aqrar Universitetinin, regionda fəaliyyət göstərən bitki mühafizəsi idarələrinin, “Azərsun Holdinq” MMC və “Azərtoxum” MMC-nin nümayəndələri, toxum müfəttişləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.
    Seminarda Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sə-fəralı Nəsirov, Milli Aviasiya Akademiyasının Konstruktor Bürosunun rəisi Telman Nizamov, biofiziki cihazlar şö-bəsinin rəisi Ənvər İsayev, Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlayi və başqaları çıxış edərək, Azərbaycanda taxılçılıq sahəsinin müasir vəziyyəti və innovasiya texnologiyalarının səmərəsindən, taxılın məhsuldarlığının artırılması və ekoloji təmiz saxlanılmasında ozonlaşdırma texnologiyasının tətbiqinin yüksək nəticələrindən və əhəmiy-yətindən danışıblar.
    Çıxışlarda qeyd edilib ki, ozonlaşdırma texnologiyasının respublikamızda genişmiqyaslı tətbiqi ilə əldə olunan əlavə məhsul və istehsal xərclərinə qənaət hesabına bir ildə orta hesabla 250 milyon manat gəlirə nail olmaq olar.
    Seminar iştirakçıları sonra ozonlaşdırma texnologiyasının tətbiq edildiyi taxıl əkinlərinə baxış keçiriblər.

    Müəllif: Redaktor, 10:28

    Teqlər:

İsmarıclar bağlıdır.