Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    500x615xsakharnaya-svekla-jpg-pagespeed-icAnar Şirinov qonşu Ağdamın İlxıcılar kəndindəndir. Rayon mənfur ermənilər tərəfindən işğal olunanda məcburi köçkün düşüb. Hüsənli kəndi ərazisində icarəyə torpaq götürərək əkin-biçinlə məş-ğul olur. Bu il 6 hektar sahədə taxıl əkmişdi. Əkin, becərmə, suvarma işlərini aqrotexniki qaydalar əsasında həyata keçirdiyi üçün zəmilərin hər hektarından 40 sentnerdən çox buğda götürdü.
    İndi becərdiyi 4 hektar şəkər çuğunduru sahəsində məhsul tədarükünə başlanıb. Anar deyir ki, yığıma başlayanda, ona irad tutdular ki, hələ tezdir. Ancaq nəticə göz qabağındadır. Becərmə yaxşı təşkil edildiyindən məhsuldarlıq yüksəkdir. Sahələrin kənarında 2 ədəd subartezian quyusu var. Bu isə məhsuldarlığa yaxşı təsir göstərib. 4 hektar sahənin hər hektarından azı 70-80 ton məhsul gözlənilir.

    Adil HÜSEYNOV,

    sənli kənd sakini, fermer

    Müəllif: Redaktor, 12:18

    Teqlər:

İsmarıclar bağlıdır.