Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    1467486480134625811577811107800aAtam Əli Rzayev bütün ömrünü təsərrüfat işlərinə həsr edib. Mən də həmişə onunla birlikdə işləyirdim. O, bizə zəhmətə qatlaşmağı, torpağı sevməyi tövsiyə edir, həm də əkin-biçin işlərini öyrədərdi. Son bir neçə ildir ki, ailə fermer təsərrüfatına mən rəhbərlik edirəm.
    Elə bu il 25 hektar sahədə pambıq, 9 hektarda şəkər çuğunduru əkmişik.
    Əkinlə yanaşı mal-qara da bəsləyirik. Həyətimizdə 10-a yaxın iribuynuzlu malımız var. Mal-qaranı bol yem ehtiyatı ilə təmin etmək üçün 5 hektar yonca sahəmizdə 3 biçin aparmışıq. Pambıq və çuğundur sahələrində də işlər qaydasında gedir.
    Suvarma əkinçilikdə ən mühüm aqrotexniki tədbirlərdən biridir. Mən və qonşu fermerlər Bəylər Əhmədov, Bayram Bayramov sahələrimizi Xaçınçayın sol sahəsində vurulmuş 2 ədəd subartezian quyusunun vasitəsilə suvarırıq.
    Bitkiləri vaxtında və keyfiyyətlə suvardığımıza görə, pambıq, şəkər çuğunduru sahələrində yaxşı məhsul hasilə gəlib. Yaxın günlərdə məhsul toplanışına başlayacağıq.
    Hamımızın məqsədi ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki tapşırığına əməli işimizlə cavab verməkdir.

    Mütalib RZAYEV,
    Hüsənli kəndində fermer

    Müəllif: Redaktor, 12:20

    Teqlər:

İsmarıclar bağlıdır.