Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    ZƏHMƏT ÇƏKƏNDƏ TORPAQ SEVİNDİRİR İNSANI

    findiq_2377567Ata-babadan torpaqla təmasda olan insanlarıq. Ailəmizin bütün xərcləri torpaqdan çıxır. Torpaq kəndliyə qaytarılandan sonra daha həvəslə işləyirik.
    Dövlət tərəfindən göstərilən qayğı torpaq mülkiyyətçilərinin işə olan həvəsini qat-qat artırıb. Əkinçiyə də elə bir balaca dəstək lazımdır ki, torpağa can-başla qulluq edib, yaxşı məhsul götürsün.
    Biz bu il ailəlikcə 3 hektar sahədə şəkər çuğunduru, 4 hektarda pambıq, 5 hektarda taxıl, 4 hektarda yonca, 3 hektarda arpa və 1 hektarda isə fındıq bağı əkmişik. Taxıl, arpa sahələrində işlər başa çatıb. Hər iki sahədə zəmilərə qayğı ilə qulluq etdiyimiz üçün torpaq yüksək məhsulu ilə sevindirdi bizi. Taxıl zəmilərinin hər hektarından 35, arpanın hər hektarından isə 32 sentner məhsul götürdük. Yonca-lıqlarda 3 biçin aparmışıq.
    Son vaxtlar respublikamızda şəkər çuğundurunun becərilməsi aktual məsələyə çevrilib. İndiyədək həm 3 hektar şəkər çuğunduru, həm də 4 hektar pambıq sahələrində bitkilərə yemləmə kübrəsi verilməsi işlərini həyata keçiririk.
    Pambıq sahələrinin hər kvadratmetrində 100-dən çox sağlam qoza hasilə gəlib. Bu da deməyə əsas verir ki, məh- suldarlıq nəzərdə tutulandan xeyli çox olacaq.
    Bitki də canlıdı, onun suya olan tələbini vaxtaşırı ödəməyəndə, bolluqdan danışmağa dəyməz.
    Bu il kənd təsərrüfatı bitkilərini və fındıq bağını sahələrimizin yanındakı “lənbəranın üstü” deyilən yerdə vurulan subartezian quyusunun hesabına suvarırıq. Kənd icra nümayəndəsi Elçin Mahmudov digər fermerlər kimi bizim sahələrimizə də vaxtaşırı baş çəkir, bitkilərin vəziyyəti ilə tanış olur.
    Bir sözlə, taxıl, arpa kimi, pambıq və çuğundur sahələrindən də yüksək məhsul götürəcəyik. Fındıq bağımızda da ağacların inkişafı yaxşıdır.

    Eldəniz ƏLİYEV,
    Evoğlu kəndində ailə fermer təsərrüfatının başçısı

    Müəllif: Redaktor, 16:28

    Teqlər:

İsmarıclar bağlıdır.