Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    DSC_7260 (Копировать)(1)DSC_7199 (Копировать)“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu günlərdə cəbhə bölgəsi olan Tərtər rayonunda keçirilib. Tədbirdə Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili, AFFA-nın Birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev, millət vəkili İlham Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, layihənin koordinatoru Kərim Ağayev, Şimal-Qərb Reqional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, rayon uşaq-gənclər və idman məktəbinin direktoru Emin Quliyev iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər şəhərində çoxmənzilli yaşayış binalarında yaşayan yeniyetmələrin və gənclərin asudə vaxtlarının təşkili üçün rayon icra hakimiyyətinin təş-kilatçılığı ilə bir neçə ərazidə, o cümlədən Nizami küçəsində salınmış “Nümunəvi məhəllə”də mini futbol meydan-çaları quraşdırılmışdır. Bu gün Sizinlə birlikdə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbirə toplaşdığımız mini futbol meydançası da onlardan biridir. Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, millət vəkilləri Sahib Alıyev və İlham Məmmədov da çıxış ediblər.
    Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanıb, onlar isə əyləncəvi futbol nümayiş etdiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 16:34

    Teqlər:

İsmarıclar bağlıdır.