Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    DSC_7354 (Копировать)(1)Изображение 006Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Kəbirli kəndində oldu.
    Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin ərazisi, əhalinin məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumat verdi. Ağsaqqal Vəli Xasıyev Prezidentimiz İlham Əliyev tərəfindən kənd əhalisinə göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlıq etdi. Kənd əhalisinin işıq, qaz probleminin olmadığını, lakin kəndarası yolların təmirə ehtiyacı olduğunu bildirdi.
    Sonra kənd sakinləri Raquf Məmmədov və Sarvan Həsənov kənddə yeni subartezian quyusunun qazılması və bir quyunun təmiri, Bayandur kəndinin sakini Zakir Bayramov elektrik naqillərinin “SİP” kabellərlə əvəzlənməsi barədə təkliflər irəli sürdülər.
    Qaldırılan məsələlər barədə əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, bildirdi ki, görülən işlərin hamısı əhalinin firavan yaşamasına xidmət edir.
    Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar görüş-qəbullardan razı qaldıqlarını qeyd edə-rək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
    * * *
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulları İrəvanlı və Təzəkənd kəndlərində keçirildi.
    Həmişə olduğu kimi tədbirlərə rayon icra hakimiyyətinin təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə müdirləri, bələdiyyə sədrləri və icra nümayəndələri, kənd sakinləri gəlmişdilər.
    Qaldırılan məsələlər operativ müzakirə olunmuş və lazımi tədbirlər görülmüşdür.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 16:38

    Teqlər:

İsmarıclar bağlıdır.