Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    RAYONUMUZDA ƏRZAQ MƏHSULLARININ İSTEHSALI, SATIŞI VƏ TƏDARÜKÜ ARTIR

    Grain_271112Pambiq sahesi 310311Əvvəllər Azərbaycanda qeydə alınan sürətli inkişafda neft sektorunun rolu aparıcı olub. Son illər isə ölkənin ümumi iqtisadi artımında qeyri-neft sektoru önə çıxmaqdadır. Əgər I, II Regional İnkişaf Proqramları yerinə yetirilərkən diqqət əsasən bölgələrdə infrastruktur layihələrin icrasına yönəldilirdisə, indi iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, yerlərdə yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdir.
    Həmin vəzifələr III Regional İnkişaf Proqramı çərçivəsində rayonumuzda da uğurla icra edilməkdədir. Bu sahədə Tərtərdə bir sıra işlər görülür, böyük canlanma, ruh yüksəkliyi müşahidə olunur.
    Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının 1 respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqaməti daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik, Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.”
    Məhz dövlət tərəfindən verilən bu dəstəyin nəticəsidir ki, rayonumuzda kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artır. Belə ki, rayon statistika idarəsinin məlumatına əsasən, 2015-ci ilə nisbətən 2016-cı ildə buğda istehsalı 142, darı 181,8, pambuq 261,3, şəkər çuğunduru (sənaye emalı üçün) 222,3, bostan bitkiləri 148,7 faiz artmışdır.
    Rəqəmlərdən göründüyü kimi, ən çox artım həm subsidiyalar verilən sahələrdə (taxılçılıq, pambıqçılıq, baramaçılıq və s.), həm də tədarükü və satışı yaxşı təşkil olunan məhsulların istehsalı üzrə müşahidə olunur.
    Son illər rayonda həmçinin meyvə bağlarının əkin sahələri genişləndirilir ki, bu da yenə də həmin məhsullara olan tələbatla bağlıdır. Xüsusən də fındıq, nar, xurma, innab və s. meyvələrin istehsalı artıb. Belə ki, ötən il rayonda 1106,7 ton nar, 3236,6 ton xurma, 1 ton innab yığılıb ki, bu məhsullar da rayon daxilində və Bakıda təşkil olunan yarmarkalarda satılmaqla yanaşı, həm də artıq xarici bazarlara çıxarılır.
    Prezident İlham Əliyevin sərəncamı əsasında rayonumuzda yeni subartezian quyularının qazılması ilə bağlı həyata keçirilən layihələr kəndlilərin əməyinin stimullaşdırıİmasında mühüm əhəmiyyət kəsb edir. Çünki təsərrüfat işlərinin ən qızğın dövründə ermənilərin Sərsəng Su Ambarmdan gələn suyun qarşısını kəsməsi bu sahədə böyük gərginlik yara-dırdı.
    Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək”. Bu tərəq-qi Tərtər rayonunda qeyri-neft sektorunun inkişafında da müşahidə olunur.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 16:43

    Teqlər:

İsmarıclar bağlıdır.