Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    AİLƏMİZ YENİ EVƏ KÖÇƏCƏK

    DSC_4544Qarabağ müharibəsi əliliyəm. 1994-cü ilin noyabrın 22-də Qarabağ torpağı uğrunda gedən döyüşlərdə yaralanmışam.
    Ailəm, üç övladım var. Mənzil şəraitimiz yaxşı deyildi. Hamımız, xüsusən uşaqlar, yeni ev arzusu ilə yaşayırdıq. İndi xəyallarımız həqiqətə çevrilib. Dövlətimiz tərəfindən bizə çox rahat, hər cür şəraiti olan fərdi ev tikilir. Yeni evimiz 2 otaqdan, mətbəxdən və dəhlizdən ibarətdir.
    Artıq tikinti işləri yekunlaşmaq üzrədir. Hər gün gedib inşaatçılarla görüşür, evimizə köçəcəyimiz günü səbirsizliklə gözləyirik.
    Onu da bildirmək istəyirəm ki, cari ildə rayonumuzda 5 şəhid və əlil ailəsi üçün fərdi ev tikilib istifadəyə verilib. Bu yaxınlarda isə bizim ailəmizlə birlikdə daha 5 ailə sevinəcək. Övladlarımız rahat şəraitdə böyüyəcək, dərslərini yaxşı oxuyacaqlar.
    Şəhid ailələrinə və əlillərə böyük qayğı göstərən Prezident İlham Əliyevə, dövlətimizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

    Nağı TEYMUROV,
    Kəngərli kəndi

    Müəllif: Redaktor, 11:20

    Teqlər:

İsmarıclar bağlıdır.