Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    Изображение 102DSC_8303 (Копировать)Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon əhalisini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, onlara cansağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı. Sonra Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərov dua oxudu, dini ənənələrə uyğun olaraq qurban mərasimi başladı.
    Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə 7500 ailəyə qurban payı verildi. Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    Müəllif: Redaktor, 12:15

    Teqlər:

İsmarıclar bağlıdır.