Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ  “AÇIQ QAPI” GÜNÜNDƏ İŞTİRAK EDİB

    Изображение 323Qurban bayramı münasibəti ilə rayon ərazisində yerləşən hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edib.
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimayyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən tədbirlər, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər haqqında məlumatları və digər məsələləri onların diqqətinə çatdırıb, verilən suallarla bağlı fikirlərini bölüşüb.
    Qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Sonra xatirə olaraq hərbi hissə ərazisində çinar ağacları əkilib.
    Bayram münasibətilə qurbanlar kəsildikdən sonra qonaqlar əsgər yeməkxanasında birgə nahar ediblər.
    Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

    Müəllif: Redaktor, 12:19

    Teqlər:

İsmarıclar bağlıdır.