Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    407924032Biz ata-babadan heyvandarlıqla məşğul olan insanlarıq. Ailəmizin qazancı daim bu sahədən çıxıb.Elə indiki kimi. Hal-hazırda 300 başdan çox xırdabuynuzlu qoyun-quzu və 15 baş ətlik cavan mal-qara bəsləyirik.

    Heyvandarlıqdan yaxşı gəlir götürməyin əsas səbəbi bu sahəyə marağın olmasıdır. Müasir tipli tövlələrimiz var. Hər il ana qoyunlardan 70-90 baş quzu alırıq. Həm qoyun-quzular, həm də ətlik cavan mallar arasında xəstəliklərə qarşı profilaktiki tədbirləri vaxtaşırı yerinə yetirdiyimizə görə, heyvanlar arasında ölüm halları müşahidə olunmur. Mal-qaranın hamısı sağlam və gümrahdır.
    Maldarlıqla məşğul olan daha bir fermer qonşu Ağkənddən olan Talıb Bayramovdur. Onun da mal-qara bəsləməkdə yaxşı səriştəsi var. Biz bir-birimizlə tez-tez görüşür, təcrübəmizi bölüşürük Talıb həyətində 20 baş ətlik cavan mal saxlayır. Onun 3 hektardan çox yonca sahəsi evinin yaxınlığındadır. Bundan başqa yenə də icarəyə torpaq götürüb, yonca əkir. Ancaq bütün kənd camaatı kimi yay fəslində bir çətinliyimiz kanallardan suyun gəlməməsidir. Buna səbəb ermənilərin Sərsəng dəryaçasından gələn suyun qarşısını kəsmələridir.
    Buna görə bəslədiyimiz mal-qara və qoyunların yemi üçün çox vaxt ot kiplərini satın alırıq. Suyumuz vaxtaşırı gəlsə, heç nədən çətinliyimiz olmaz.

    İsmayıl ƏLİYEV,
    Dəmirçilər kəndində fermer

    Müəllif: Redaktor, 11:08

    Teqlər:

İsmarıclar bağlıdır.