Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    DSC_4762Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən torpaq mülkiyyətçilərinin əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Tərtər rayonunun 13 kəndində 16 ədəd subartezian quyusu vurulub. Həmin quyuların biri də bizim ərazidəki “Kəndin altı” deyilən yerdə qazılıb. Kənd sakinləri həmin artezianın suyundan istifadə etməklə kənd təsərrüfatı bitkiləri əkib becərir, yaxşı məhsul götürürlər.

    Torpaq mülkiyyətçiləri Qüdrət Nəsirov, Mətləb İsmayılov və Mehman Baxışov ölkə başçısının qeyri neft sektorunu inkişaf etdirmək barədəki tapşırığına əməli işləri ilə cavab verirlər.
    Qüdrət Nəsirov bu il adıçəkilən ərazidə 3 hektar sahədə yonca və bir hektarda arpa becərmişdi. Arpa sahəsindən hektarın məhsuldarlığı 35 sentner oldu. Yoncalıqlarda isə 4 dəfə biçin keçirilib, məhsuldarlıq yüksəkdir.
    Mətləb İsmayılov isə 1 hektar sahədə buğda əkmişdi, 3 hektarda isə yonca becərir. Becərmə, suvarma işləri normal keçirildiyi üçün taxılda hektarın orta məhsuldarlığı 36 sentnerə yüksəldi. Mehman Baxşəliyev 2 hektarda günəbaxan və 1 hektarda yonca əkib. Hər iki sahə vaxtlı-vaxtında suvarıldığından məhsuldarlıq yüksəkdir.
    Buna görə onların hər biri ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirir.

    Fazil ƏBDÜLƏZİMOV,
    Xoruzlu kənd İƏD üzrə icra nümayəndəsi

    Müəllif: Redaktor, 11:13

    Teqlər:

İsmarıclar bağlıdır.