Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    gunebaxanIndi kəndlinin yaxşı qazanc gətirən mənbələrindən biri də günəbaxandır.
    Bu il Xoruzlu kəndində əməkçilər 405 hektar sahədə günəbaxan becərmişdilər. Bu il orta hesabla hər hektardan 24-25 sentner məhsul götürülüb. Bu da kənddə olan 16 ədəd subartezian quyusunun 13 ədədi ilə günəbaxan sahələri suvarılmasının nəticəsidir.
    Fermerlərdən Qəzənfər Nəcəfov, Kamil Əbdüləzimov, Fazil İsmayılov, Elnur Mehdiyev və Mayıl Aslanov əvvəlki illərdə olduğu kimi bu il də sahələrdən yaxşı məhsul götürdülər.
    Bir də bu bitkinin yaxşı cəhəti odur ki, bazar axtarmaq lazım gəlmir. Kənddəki “Patron” “Rekord” və “Oskar” şirkətlərinə təhvil verib, heç bir maniə ilə rastlaşmadan pulunu alırlar. Bir sözlə, bu məhsulun alıcısı kənarda yox, kənddədi. Elə buna görə də həm bizim Xoruzlu kəndində, həm də qonşu kəndlərdə günəbaxan əkən insanların sayı ilbəil çoxalır. Bu il qonşu Kəbirli kəndinin əməkçiləri 360 hektar sahədə günəbaxan əkmişdilər.

    Fazil Əbdüləzimov,
    Xoruzlu kənd İƏD-i üzrə icra nümayəndəsi

    Müəllif: Redaktor, 12:26

    Teqlər:

İsmarıclar bağlıdır.